Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Martın 30-da gecə saatlarında Sumqayıt şəhərində bir nəfərin içərisində 1848 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elçin İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net