İrandan Azərbaycana qanunsuz yollarla keçməyə çalışan 2 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 nəfər saxlanılıblar.
"Operativ Media" xəbər verir ki, bub barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net