Menyu

Binəqədidə evlərdən 36 000 manatlıq oğurluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Binəqədidə evlərdən 36 000 manatlıq oğurluq edən şəxslər saxlanılıb
1 dəq oxu

Bakının Binəqədi rayonunda evlərdən 36 000 manatlıq oğurluq edilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.  

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər