Menyu

Sumqayıtda odlu silahdan havaya atəş açan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Sumqayıtda odlu silahdan havaya atəş açan şəxs saxlanılıb

Sumqayıt şəhəri ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Opeativ Media"ya verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən olunub. 

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər