Menyu

Sahil Babayev Şabranda vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Sahil Babayev Şabranda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabranvə Siyəzən rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların sosial təminat növlərinə hüququn müəyyən olunması,məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əlillik və   reabilitasiya,mənzil və avtomobillə təminat və s. məsələlərə dair müraciətləri dinlənilib.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.  

Müraciətlərin hər biri fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Vətəndaşlar sosial müdafiə və aktiv məşğulluq proqramlarına, o   cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçünqeydiyyata alınıblar.

Bir sıra şəxslərə sorğu xarakterli müraciətlərinə uyğun olaraq müvafiq mövzularda izahatlar verilib.

Qəbulda ikinci "Yüksəliş" müsabiqəsinin qalibi Fərrux Məhərrəmli də iştirak edib.

Teqlər:

"Sahil Babayev Şabranda vətəndaşları qəbul edib"

Fotogalereya

Əlaqəli Xəbərlər