Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
Operativ Media
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
Operativ Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.