http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Sahil Babayev Şabranda müharibə veteranı və şəhid anası üçün qurulmuş təsərrüfatlara baxış keçirib

31 Mart 2023 , 18:13
Sahil Babayev Şabranda müharibə veteranı və şəhid anası üçün qurulmuş təsərrüfatlara baxış keçirib

Şabranda müharibə veteranı və şəhid anası üçün qurulmuş təsərrüfatlara baxış olub.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 9,8 min nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Əmək  və  əhalinin sosial müdafiəsi naziri Sahil  Babayev və Şabran rayon  İcraHakimiyyətinin başçısı Asif Hüseynov özünüməşğulluq proqramı çərçivəsində Şabranda 44 günlük   Vətən müharibəsi veteranı Qəhrəmanov Pənah   Məstan oğlu və şəhid anası Həsənova Vəfa Xalid qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər. P.Qəhrəmanov ailəlidir, 1 övladı var. O, dülgərlik sahəsində kiçik biznesini yaratmasıüçün özünüməşğulluq   proqramına   cəlb   edilib.  Dünya Bankı ilə birgə icra   olunan "Azərbaycanda məşğulluğa dəstək" layihəsi çərçivəsində təlimləri uğurla bitirdikdən sonra bu ilin yanvar ayında aktivlərlə təmin olunaraq dülgər sexini qurub. Həyat yoldaşı və atası daməşğulluq orqanı tərəfindən işlə təmin olunublar. Şəhid leytenant Həsənov Aqil Nofəl oğlunun anası Vəfa  Həsənova isə istəyinə əsasən dönərxana üzrə biznes ideyasını   reallaşdırmaq üçün müraciət   edib.

Özünüməşğulluq proqramı çərçivəsində ötən il aktivlər verilməklə həmin biznes zərfi üzrəkiçik təsərrüfatını qurub. Şəhidin atası Nofəl Həsənov da kənd orta məktəbində işləyir. Hər iki proqram  iştirakçısı  qayğı   ilə əhatə olunduqlarına,  kiçik biznes  sahələriniyaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.44   günlük Vətən müharibəsindən   sonra   şəhid ailələrinin üzvləri və   müharibəiştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalardanolan 17,2 min nəfər məşğulluq proqramlarına, o cümlədən 9,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. 

OXŞAR XƏBƏRLƏR
Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu