http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

01 Aprel 2023 , 08:34
Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 31-də Astana şəhərində bir sıra görüşlər keçirib.

Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşdə iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, media subyektlərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, 2022-ci il avqustun 24-də Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd informasiya sahəsində ikitərəfli əlaqələrin formalaşdırılmasının mexanizmləri, mediaməkanda milli maraqların qorunması və təşviq edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi kimi məsələləri özündə ehtiva edir. Vurğulanıb ki, əsas məqsəd media və informasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımlar atmaq, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyi təmin etməkdir.

Nümayəndə heyəti, həmçinin Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədri Eldos Naşirali və Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin direktoru Əsgər Umarov ilə görüşüb. Tərəflər müvafiq sahələr üzrə qarşılıqlı məlumat mübadiləsi edib, əməkdaşlığı genişləndirmək yolları barədə müzakirə aparıblar.

Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu