Menyu

Xaçmaz Dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar

Nərmin Qocamanlı
Xaçmaz Dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və  tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadəni saxlayıblar.
Həmin şəxsin üzərinə baxış  keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin, eləcə də psixotrop təsirə malik  həblər (ekstazi) aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Natiq Əlizadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Xaçmaz Dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar"

Əlaqəli Xəbərlər