http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib

01 Aprel 2023 , 15:55
Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib

Aprelin 1-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib. Şəhid zabitin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Mərasimdə Müdafiə Nazirliyinin bir qrup zabiti, Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım tədbirində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və igidliyindən danışılıb.

Şükür Həmidovun qəhrəmanlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb.

Milli Qəhrəmanın atası Nəriman Həmidov çıxış edərək oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Övladının xatirəsinin daim əziz tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu