Menyu

DİN: Sosial şəbəkələrdə 3 nəfərin video görüntüsü paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil

Nərmin Qocamanlı
DİN: Sosial şəbəkələrdə 3 nəfərin video görüntüsü paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil

Sosial şəbəkələrdə Tovuz rayonunda yerləşən parkların birində 3 nəfərin video görüntüsü paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil.
 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Media"ya bildirib ki, həmin şəxslərin 3-də ruhi-əsəb dispanserində qeydiyyatda olan Tovuz rayon sakinləridir və narkotiklə heç bir əlaqəsi yoxdur. Rayon sakinlərinin əksəriyyəti də həmin şəxsləri tanıyır və narkoman olmadığını bilirlər. Əfsuslar olsun ki bəzən vətəndaşlar məsələnin mahiyyətini dərk etmədən həqiqətə uyğun olmayan paylaşımlar edərək ictimai çaşqınlıq yaradır. Bildirirəm ki  bu qanunla məsuliyyət yaratmaqla bərabər həm də əxlaq normalarına ziddir.

Teqlər:

"DİN: Sosial şəbəkələrdə 3 nəfərin video görüntüsü paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil"

Fotogalereya

Əlaqəli Xəbərlər