http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Nabranda su polisi qanunsuz balıq ovuna qarşı tədbir keçirdi

04 Aprel 2023 , 08:54
Nabranda su polisi qanunsuz balıq ovuna qarşı tədbir keçirdi

Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz  Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Xəzər dənizi və bir neçə çay boyunca quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb. 

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi,  eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.  
Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu