Menyu

Nərimanovda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu talayıb

Nərmin Qocamanlı
Nərimanovda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu talayıb
1 dəq oxu

Aprelin 3-də günorta saatlarında Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyib 450 manatını talaması barədə polisə məlumat daxil olub.    

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Cavid Bağırzadə qısa müddətdə müəyyən olunaraq saxlanılıb. 

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Əlaqəli Xəbərlər