http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir

04 Aprel 2023 , 11:34
Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir

Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat funksiyanı təqdim edir. Belə ki, artıq Müştəri Bank istifadəçiləri həm iOS, həm də Android əməliyyat sistemli cihazlar üzərindən mümkün olan QR nağdlaşdırma vasitəsilə nağdlaşdırma əməliyyatını birbaşa cari hesabdan edə biləcəklər.

Yenilik sayəsində artıq sahibkarlar filiala gəlib vaxt itirməyəcəklər, həmçinin cari hesabdan vəsait nağdlaşdırmaq üçün çek kitabçasını gətirmək, onu doldurmaq, imzalamaq kimi işlərdən azad olunacaqlar. İndiyədək bu proses yalnız kart hesabından mümkün idi. QR vasitəsilə cari hesabdan nağdlaşdırma əməliyyatını Kapital Bank-da hesabı olan və Müştəri Bank sistemindən istifadə edən sahibkarlar və hüquqi şəxslər həyata keçirə bilərlər. Xidmətdən istifadə etmək üçün keçid – https://onelink.to/ej5bbu.

Qeyd edək ki, Müştəri Bank tətbiqi vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: ölkədaxili və ölkəxarici köçürmələr, büdcə ödənişləri, əməkhaqqı kartlarına mədaxil, biznes kartlarının sifarişi, mobil POS-terminalların sifarişi və istifadəsi, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, QR vasitəsi ilə biznes kartlardan nağdlaşdırma və s.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib

Vüqar Kərimov: Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika alınıb

Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil

XƏBƏR LENTİ
  • 20:13

    Pentaqon: Diplomatik həll yolu Ukraynanın suverenliyinə hörmət etməlidir
  • 19:59

    Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
    Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
  • 19:55

    Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

  • 19:40

    Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib

  • 19:34

    Vüqar Kərimov: Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika alınıb
  • 19:18

    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
  • 19:09

    Fernandu Santuş: Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır
  • 19:07

    Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur
Menyu