Menyu

Suraxanıda evində qanunsuz olaraq “Kalaşnikov” gizlədən şəxs saxlanılıb - VİDEO

Nərmin Qocamanlı
Suraxanıda evində qanunsuz olaraq “Kalaşnikov” gizlədən şəxs saxlanılıb - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər