4 aprel 2023-cü il tarixində saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyidi aşkar olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Dəmir Yollarından bildirilib.
Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.
20:40
Ağstafada yeniyetməni qatar vuraraq öldürüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub.
Dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub. Hazırda Rayon prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır