Menyu

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb 

Nərmin Qocamanlı
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb 

Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbirstanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərki-silah edilib.

İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə  sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gəlmiş orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.

Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Teqlər:

"Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb "

Fotogalereya

Əlaqəli Xəbərlər