http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İsmayıllıda həmkəndlilərinin evindən silsilə oğurluqlar edən şəxs tutulub

05 Aprel 2023 , 10:21
İsmayıllıda həmkəndlilərinin evindən silsilə oğurluqlar edən şəxs tutulub

İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən evlərdən silsilə oğurluqlar edilib. Ümumilikdə 6 evdən samovar və mis materialdan olan digər məişət əşyalarını oğurlayan naməlum şəxs zərərçəkənlərə  2300 manat maddi ziyan vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş oğurluqlarla bağlı rayon polis şöbəsinə məlumat daxil olan kimi hadisə yerlərinə baxış keçirilib və cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin elə həmin kənd sakini Raqub Hacılı olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı samovarları rayon ərazisində ayrı-ayrı misgərlərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin əşyaların da əksəriyyəti satdığı şəxslərdən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib. 
Faktla bağlı cinayət işi başlanılıb, R.Hacılının digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq

Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib

Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib

XƏBƏR LENTİ
  • 10:27

    Azərbaycanda Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq
  • 10:24

    Muxtar Babayev: Azərbaycan COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil edib
  • 10:23

    "Yuventus" Poqba ilə müqaviləni pozacaq
  • 10:16

    Muxtar Babayev: COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq
  • 10:12

    Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:09

    Heydər Əliyev Beynəxalaq Aeroportunda təlim keçirilib
  • 10:03

    Tokayev Türkmənistana səfər edib
  • 09:56

    Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
Menyu