http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Özbəkistan nümayəndə heyəti ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə tanış olub

05 Aprel 2023 , 12:08
Özbəkistan nümayəndə heyəti ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə tanış olub

Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Axadbek Haydarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qida Təhlükəsizliyi Agentliyində və Qida Təhlükəsizliyi İnstitutunda olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə agentliyin sədrinin müavini Balarəhim Quliyev ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, respublikamızda bu sahədə əldə olunan müsbət təcrübə bölüşülüb. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Özbəkistan nümayəndə heyəti ilə Qida Təhlükəsizliyi İnstitutunda da görüş təşkil edilib. Görüşdə nümayəndə heyətinə institutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların əhəmiyyətindən bəhs olunub. Qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, həmçinin kadr potensialının gücləndirilməsi sahəsində davamlı olaraq tədbirlərin həyata keçirildiyi bildirilib. Görüş zamanı əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirib, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb

Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb

Əmlak Məsələləri Dövlət Xidməti cərimələnib

Əmlak Məsələləri Dövlət Xidməti cərimələnib

Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:20

    Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb
  • 16:19

    Əmlak Məsələləri Dövlət Xidməti cərimələnib
  • 16:06

    Son sutkada Qəzzada 24 nəfər həlak olub
  • 16:03

    Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
  • 15:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
  • 15:54

    İlham Əliyev Pezeşkiana başsağlığı verib
  • 15:40

    Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI
  • 15:23

    AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir
Menyu