http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

FHN: Kursantlar üçün yanğın təhlükəsizliyinə dair təlim keçirilib

05 Aprel 2023 , 16:18
FHN: Kursantlar üçün yanğın təhlükəsizliyinə dair təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanında yerləşən “Park Bulvar” Ticarət Mərkəzində FHN Akademiyasının kursantları üçün təlim keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın təhlükəsizliyinə dair biliklərin artırılması və peşə vərdişlərinin aşılanması məqsədilə keçirilmiş təlimdə Akademiyanın 45 kursantı iştirak edib.

Təlimdə Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları tərəfindən daxili yanğın su kranlarının, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının, tüstüsovurucu havalandırma sisteminin və yanğın su nasoslarının iş prinsiplərindən danışılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə, yanğın zamanı təxliyə barədə kursantlara ətraflı məlumat verilib. Həmçinin, kursantlarla yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliyə dair söhbət aparılıb, yаnğın təhlükəsizliyi qаydаlаrının tələblərinin pоzulmаsınа görə müəssisə rəhbərlərinin daşıdıqları məsuliyyət izah olunub.

Qeyd edək ki, FHN-in kursantları üçün nəzəri tədris prosesi ilə yanaşı real şəraitdə təlimlər mütəmadi olaraq keçirilir.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

XƏBƏR LENTİ
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
  • 17:36

    Milli Məclisin İntizam komissiyası formalaşdırılıb
  • 17:33

    Məhkəmə “Krono Az” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:29

    ADY: 1 ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək
  • 17:24

    Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır
Menyu