Menyu

Bakı-Salyan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

675 baxış
Bakı-Salyan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

"Operativ Media" xəbər verir ki, 2020-ci il təvəllüdlü Bayxan Bağırov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

20:34

Bakı-Salyan yolunun 29-cu km-də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. 

Məlumatda bildirilir ki, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, daha 1 nəfər qadın sərnişin və 1 azyaşlı uşaq isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

 

***

17:01

Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb.

O bildirib ki, yolun kənarında dayanmış "Hyundai" markalı minik avtomobilinin üzərinə "KamAz" markalı yük avtomobili çıxıb.

Nəticədə minik maşınında olan üç nəfər Neftçala sakini aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər