Menyu

Neftçalada qanunsuz küçə ticarətinin qarşısı alınıb

Nərmin Qocamanlı
Neftçalada qanunsuz küçə ticarətinin  qarşısı alınıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılması hallarının, eləcə də həyata keçirilən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, son iki həftə ərzində şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 13 fakt, qanunsuz küçə ticarəti ilə bağlı isə 20 fakt aşkarlanıb. Qaydaları pozan şəxslərlə izahedici söhbətlər aparılıb və onlara yol verdikləri qayda pozuntusu barədə məlumat verilib.  

Həmin şəxslərin hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Teqlər:

"Neftçalada qanunsuz küçə ticarətinin qarşısı alınıb"

Fotogalereya

Əlaqəli Xəbərlər