Menyu

Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb 

Nərmin Qocamanlı
Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, eyni əmələ görə əvvəllər də məhkum olunmuş Şahin Nəcəfov saxlanılıb .

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 490 qram olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Teqlər:

"Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb "

Əlaqəli Xəbərlər