Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 74,8% artıb
Nərmin Qocamanlı
"2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib".
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mİkayıl Cabbarov özünün tviter hesabında bildirib.
"Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 mlrd. 618 mln. manat olub. Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - nazir qeyd edib.
2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə #vergidaxiolmaları-nın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. ₼ təşkil edib. Bu müddətdə #qeyrineftqaz sektorundan #vergi daxilolmaları ötən ilin eyni… pic.twitter.com/frRTkWvCZn