Menyu

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib

Nərmin Qocamanlı
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
1 dəq oxu

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının aprelin 5-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.   

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər