Prokurorluq: Bakıda məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır
Nərmin Qocamanlı
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, ilkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma