Bakı-Şamaxı yolunda sürət həddi 60 km/saat-a endirilib
Nərmin Qocamanlı
Bakı-Şamaxı yolunun paytaxtın inzibati ərazisinə düşən hissəsində yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
"Bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net