06 Aprel 2023, 17:15
"Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir keçirilib
"Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir keçirilib şəkil
"Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində 2016-cı ilin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunan "Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin müxtəlif idarə və müəssisələrinin, Nərimanov rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşməsindən danışıblar. Bildirilib ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən miqyaslı təxribatının, hərbi əməliyyatının qarşısını almağa qadir olduğunu sübut etdi. Zəfərlərimizin başlanğıcı olan Aprel döyüşlərində qazanılan qələbəni Vətən müharibəsində qazanılan Zəfər tamamladı.

Tədbirin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan sənədli film nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Son xəbərlər
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb
Avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub - YENİLƏNİB