Menyu

Qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb

Nərmin Qocamanlı 3631 baxış
Qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb

Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayon prokurorluğunun məlumatı Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-ci il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Teqlər:

"Qəsdən adam öldürməkdə şübhəli bilinən ər arvad saxlanılıb"

Əlaqəli Xəbərlər