Menyu

Böyük Britaniya “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib

Operativ Media
Böyük Britaniya “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib
1 dəq oxu

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.

Operativ Media APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyulda məlumat yayıb.

Məlumatda bildirilir ki, “Zəngəzur” neft tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.

Qeyd edilib ki, sözügedən gəmi “Ukraynanın destabilizasiyasına kömək, o cümlədən bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək, Rusiya hökumətinin gəlir əldə etməsinə yardımçı olmaq kimi” ittihamlarla sanksiyalar siyahısına daxil edilmişdi.

Əlaqəli Xəbərlər