Avtomobillərdən oğurluq edənlər saxlanılıb
Nərmin Qocamanlı
Suraxanı rayonunda Avtomobillərdən oğurluq edənlər saxlanılıb.
"Operativ Media" xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində “Ford” markalı bir avtomobildən 1600 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Qurbanov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə “Hyundai” markalı avtomobildən içərisində pul, bank kartları və sənədlər olan çantanı oğurlamaqda şübhəli binlinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Əliyev müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net