Menyu

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Nərmin Qocamanlı
Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakıda Azneft dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205, 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyin səbəbi paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işlərinin aparılmasıdır. Görülən işlərlə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq. Nəticədə sözügedən marşrut xətləri üzrə hərəkət alternativ yollardan keçməklə təşkil ediləcək.

Teqlər:

"Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək"

Əlaqəli Xəbərlər