Menyu

Naxçıvanda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Naxçıvanda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb
1 dəq oxu

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, iki avtomobilin toqquşması bir nəfərin xəsarət almasına səbəb olub.

Hadisə zamanı 1985-ci il təvəllüdlü Culfa rayon sakini Heydərova Şəbnəm Şiraz qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər