Menyu

DYP yolların bağlanması ilə bağlı sürücülərə müraciət edib

DYP yolların bağlanması ilə bağlı sürücülərə müraciət edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən "Operativ Media"ya bildirilirb ki, “Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq. Sürücülərin nəzərinə çatdırılıb ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər