Menyu

Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

Nərmin Qocamanlı
Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

Aprelin 8-də və 9-da ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.        

Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.

Teqlər:

"Həftəsonu yol qəzalarında 2 nəfər ölüb"

Əlaqəli Xəbərlər