Mağazadan spirtli içki və tütün məmulatları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Redaksiya
Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərilməsi məlum olub.
"Operativ Media" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Hüseynli, Əmirxan Abdiyev və Abdulla Ələsgərli müəyyən olunaraq saxlanılıbar. Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net