Menyu

“Azəriqaz”ın Ağsuda sahibkarlarla görüşü keçiriləcək

Nərmin Qocamanlı
“Azəriqaz”ın Ağsuda sahibkarlarla görüşü keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Ağsu rayonunda keçiriləcək.

"Operativ Media" xəbər verir ki, qurumun “Açıq mikrofon” aksiyası çərçivəsində keçiriləcək görüş İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı təşkil olunacaq.

Aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq. “Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər