http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bakda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən 6 nəfər saxlanılıb

10 Aprel 2023 , 16:12
Bakda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən 6 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. 


Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini  Adil Musayev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. 
Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 
 
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb

Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb

Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır

Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır

Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 16:12

    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
    Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
  • 16:09

    Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb
  • 16:06

    Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır
  • 15:54

    Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir
  • 15:47

    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb
  • 15:43

    İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb
  • 15:37

    AFFA Premyer Liqa klublarını cərimələdi
  • 15:34

    Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Menyu