Menyu

Mərdəkan-Zağulba yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Nərmin Qocamanlı
Mərdəkan-Zağulba yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

Teqlər:

"Mərdəkan-Zağulba yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq"

Əlaqəli Xəbərlər