Menyu

Ermənistanın KTMT-də səsvermə hüququnun dayandırılması məsələsi müzakirə olunacaq

Operativ Media
Ermənistanın KTMT-də səsvermə hüququnun dayandırılması məsələsi müzakirə olunacaq
1 dəq oxu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.

Operativ Media  xəbər verir ki, bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

"Ermənistan artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir, buna görə də onun üzvlüyünün müvəqqəti dayandırılması - daha dəqiqi, üzvlük haqları ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla və qərar qəbul edilə bilər", - o deyib.

Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır.

Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.

Əlaqəli Xəbərlər