Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik
Operativ Media
Almaniya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitin ildönümü ilə bağlı açıqlama yayıb.
Operativ Media xəbər verir ki, Almaniya XİN sammitin iki ölkə arasında münasibətlərdə tarixi impuls yaratdığını bildirib.
Açıqlamada hər iki tərəf sülh prosesini davam etdirməyə və bu istiqamətdə irəliləməyə çağırılıb.
Qeyd olunub ki, Cənubi Qafqazda sülh və sabitlik ümumi maraqlara cavab verir.
Almaniya XİN bildirib ki, ölkə Avropa İttifaqı və ABŞ-dəki tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net