Menyu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Aprelin 11-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Teqlər:

"DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər