Menyu

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının aprelin 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən  "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr –  2,6 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox  marixuana, 1,3 kiloqrama yaxın tiryək, 450 qramdan çox metamfetamin, 2970 ədəd metadon həbi olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər