http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə əməliyyat həyata keçirib

12 Aprel 2023 , 12:38
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə əməliyyat həyata keçirib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.

"Operativ Media" xəbər verir ki, tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad Budaqov və Elşən Məmmədov Masallı rayonu ərazisində tutulublar. Bu şəxslərdən və onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq

Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

XƏBƏR LENTİ
  • 20:03

    Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
  • 20:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
  • 19:51

    Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
  • 19:45

    Zelenski Şoltsla görüşüb
  • 19:34

    İsrail Livandan raket atəşinə tutulub
  • 19:26

    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
  • 19:20

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 19:16

    Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib
Menyu