Menyu

"Nyukasl" Gürcüstan millisinin hücumçusunu transfer etməyi planlaşdırır

Operativ Media
"Nyukasl" Gürcüstan millisinin hücumçusunu transfer etməyi planlaşdırır

İngiltərənin "Nyukasl" klubu "Vilyarreal"ın hücumçusu Georgi Mikautadzeni heyətinə qatmaqda maraqlıdır.

​Operativ Media xəbər verir ki, "Fichajes" nəşrinin yaydığı məlumata görө, İspaniya təmsilçisi 25 yaşlı gürcü futbolçunun sərbəstqalma məbləğini 60 milyon avrodan 75 milyon avroya qaldırmağı planlaşdırır. İspaniya klubunun bu addımı cari transfer pəncərəsində oyunçunun gedişini çətinləşdirmək məqsədi daşıyır. Buna baxmayaraq, "Nyukasl" hücumçu üçün 55 milyon avro ödəməyə hazırdır.

​Gürcüstanlı futbolçunun "Vilyarreal" ilə mövcud müqaviləsi 3031-ci il iyunun 30-dək qüvvədədir. O, "Vilyarreal"a 2025-ci ilin yayında "Lion"dan keçib. 2025/26 mövsümündə hücumçu bütün turnirlərdə keçirdiyi 43 matçda 17 qola və 6 məhsuldar ötürməyə imza atıb.

​"Transfermarkt" portalı Gürcüstan millisinin üzvünün bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər