"Portu" "Milan"ın hücumçusunu transfer etməyə yaxındır
"Portu" klubu İtaliyanın "Milan" komandasının hücumçusu Santiqo Ximenesi heyətinə qatmaq üçün danışıqları intensivləşdirib və yaxın vaxtlarda rəsmi təklif göndərməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, tanınmış insayder Fabrizio Romano məlumat yayıb ki, Portuqaliya təmsilçisi 25 yaşlı meksikalı futbolçunu satınalma seçimi ilə icarəyə götürməyi hədəfləyir. Tərəflər arasında şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə olunub.
Qeyd edək ki, Ximenes 2025-ci ilin fevral ayından etibarən "Milan"ın şərəfini qoruyur və tərəflər arasındakı mövcud saziş 2029-cu il iyunun 30-dək qüvvədədir.
Cari mövsümdə hücumçu keçirdiyi 17 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Meksika millisinin üzvünün dəyərini 18 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.