Menyu

Azər Bağırov: "Qarabağ"la oyundan dərs çıxarmalıyıq

Operativ Media
Azər Bağırov: "Qarabağ"la oyundan dərs çıxarmalıyıq
1 dəq oxu

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Operativ Media  xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyət haqda bunu deyib:

“Hər kəsi çempionatımızın başlaması münasibətilə təbrik edirəm. “Qarabağ”la qarşılaşma hər zaman çətin olur. Yaxşı oyun alındı. Səhvlərimiz var. Bu oyundan dərs çıxarmalıyıq. Səhvlərimiz üzərində işləməliyik. Çalışacağıq ki, meydanda daha yaxşı “Şamaxı” görəsiniz.

Yaxşı heyətimiz, gənc oyunçularımız var. Düşünürəm ki, Azərbaycan camiəsində hər kəs legionerlər haqda danışır. Biz isə bunun qarşısını almaq üstündə işləyirik. İnşallah, öhdəsindən gələrik" 

Əlaqəli Xəbərlər