Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 1,3 faiz artıb
Əsəd Abbaslı
Azərbaycanın əsas enerji ixrac marşrutları üzrə ilin ilk yeddi ayının göstəriciləri açıqlanıb.
Operativ Media xəbər verir ki, yanvar-iyul aylarında Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 13,4 milyard kubmetr qaz nəql edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Nəql olunan qazın həcmi Azərbaycanın magistral qaz kəmərləri ilə ümumi nəqlin 55,8 faizini təşkil edib.
Eyni dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 14,8 milyon ton neft nəql olunub. Bu göstərici illik müqayisədə 8,5 faiz azdır.
Nəql edilən neftin 82,3 faizi Azərbaycan, qalan hissəsi isə Türkmənistan və Qazaxıstan nefti olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net