http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Bakıda sexi yandıraraq iki nəfəri öldürən şəxs saxlanılıb

13 Aprel 2023 , 11:06
Bakıda sexi yandıraraq iki nəfəri öldürən şəxs saxlanılıb

Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

"Operativ Media" xəbər verir ki, Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Prokurorluq orqanlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:23

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:38

    Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
Menyu