Menyu

İlham Əliyev Maya Sanduya təbrik məktubu ünvanlayıb

Operativ Media
İlham Əliyev Maya Sanduya təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev maldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.

Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayram".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər